İran şirkətləri bir çox Qərb brendləri Rusiyadan gedəndən sonra bazarda yaranmış boşluğu doldurmağa çalışır. Mütəxəssislər hazır geyim sektorunda İran mallarının Türkiyə mallarından daha ucuz satılacağına diqqət çəkirlər.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, bu il İranın 15-20 hazır geyim markasının Rusiyada fəaliyyətə başlaması gözlənilir.
Ticarət Mərkəzləri Assosiasiyasından verilən açıqlamada "Abbas", "Rasoul", "Hassan", "Romina", "Kiana", "Samira", "Jila" və "Alireza" kimi İran brendlərinin Rusiya bazarına çıxmağa hazırlaşdıqları və yerli şirkətlərlə rəqabət aparacaqları bildirilib. Bildirilib ki, hətta İran şirkətlərindən biri məhsulların Rusiyaya göndərilməsi üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.
Açıqlamada həmçinin İran markalarının daha çox iqtisadi seqmentdə məhsul satdığı, qiymətlərinin Türkiyə mallarından daha ucuz olduğu, mövcud iqtisadi şəraitdə rəqabətədavamlı qiymətlərdə şanslarının yüksək olduğu bildirilib.
İranın ucuz məhsulları Türkiyə brendlərini sıxışdırır
11:30 27.02.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər